AZ

Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan kimi xarakterizə olunur- ÖZƏL

"Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan kimi xarakterizə olunur". "Olaylar" xəbər verir ki, bunu YAP Təşftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Ölkəmizin coğrafi mövqeyi, Şərqlə Qərb arasında bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Məhz bu baxımdan da Azərbaycanda hər zaman müsbət mədəniyyətlərarası dialoq mövcud olub. Ölkəmizin başçısının da qeyd etdiyi kimi multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir. Cənab Prezident həmçinin forumda Azərbaycanın müstəqilliyin ilk illərində böyük çətinliklərlə üzləşdiyini, dövlətimizi parçalamaq cəhdlərinin olduğunu, işğal və separatçılıq faktlarını diqqətə çatdırıb. Azərbaycan xalqının həmrəyliyi, birliyi sayəsində bu kimi təhdidlərin aradan qaldırıldığı vurğulanıb. Sözsüz ki, bu amil ölkəmizdə milli maraqların qorunmasının hər zaman əsas vəzifə olması amilini də təsdiq edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla