AZ

“Ötən il 405 nəfər narkotikdən asılılığa görə müalicə müəssisəsinə yerləşdirilib” – Fəqan Şahverdiyev 

“2023-cü il 802 qaynar xəttinə narkotiklə bağlı 213 müraciət daxil olub, bunun da 199 fakt üzrə cinayət başlanılıb”. 

Bizim.Media xəbər verir ki bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev deyib. 

O, vurğulayıb ki, qaynar xəttə 3 istiqamət üzrə müraciət daxil olub:

"Natkotikdən müalicə almaq istəyənlər, narkotikin qanunsuz dövrüyəsi və istifadəsidir. Ötən il ərzində 405 nəfər müalicə üçün tibb müəssisəsinə yerləşdirilib. Biz mütəmadi olaraq narkomanlığa qarşı maarifləndirmə tədbirlərini həm də paralel olaraq məktəblərdə aparırıq". 

Alçina Amilqızı, Leyla Qəhrəmanova, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
Mənbələr
Şərh ()
Bağla