AZ

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Amerikalı

Bakı, 3 may, AZƏRTAC

Mən birinci dəfədir bu Forumda iştirak edirəm. Forum çox dinamik şəkildə keçdi. Müzakirələr çox maraqlı oldu və sevindirici haldır ki, tədbirdə müxtəlif mədəniyyətlərin təmsilçiləri bir araya gəldilər.

Bu fikirləri AZƏRTAC- a açıqlamasında "Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, amerikalı hüquqşünas İrina Tsukerman deyib.

O, həmçinin qeyd edib: “Forumun başlıca əhəmiyyəti də ondan ibarətdir ki, adətən bir yerə toplaşa bilməyən şəxslər bu tədbir vasitəsilə bir araya gəliblər. Həmin şəxsləri bir arada görmək müzakirə aparmaq üçün çox əla bir fürsətdir. Hesab edirəm ki, apardığımız müzakirələr dünyada gərginliyin azalmasına gətirib çıxara, həmçinin yeni ideyaların meydana gəlməsinə töhfə verə bilər".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla