AZ

Toya hazırlaşanlar narazıdır, şadlıq saraylarında qiymətlər od tutub yanır: SƏBƏB NƏDİR? - AÇIQLAMA

Toya hazırlaşanlar narazıdır, şadlıq saraylarında qiymətlər od tutub yanır: SƏBƏB NƏDİR? - AÇIQLAMA

Yaz və yay mövsümündə toy edənlərin sayı artır. Amma bir çox vətəndaş şadlıq saylarındakı qiymət artımından narazıdır. Xüsusi ilə paytaxt Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. Qiymətlərdə artımın olması nə ilə əlaqəlidir?

Məsələ ilə bağlı DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri və Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Sonxeber.az-a açıqlama verib.

O bildirib ki, keyfiyyətli qida məhsullarının qiymətində artım baş verməsi bu sektorda da qiymət artımına gətirib çıxarıb:

"İctimai iaşə sektorunda, o cemlədən, banket xidmətləri təklif edən şadlıq saraylarında qiymət artımı bir neçə amillə izah edilə bilər. İlk növbədə nəzərə almalıyıq ki, keyfiyyətli qida məhsullarının qiymətində artım baş vermişdir. Düşünürəm ki, digər bir amil şadlıq saraylarının tədricən boz zonadan çıxmaları ilə də izah edilə bilər. Rəsmi əmək müqavilələrinin bağlanması, icbari sığortaların, sosial müdafiə ödənişlərinin aparılması personalın xərclərinə bilavasitə təsir göstərir. Pul kütləsinin bazarda artması da bahalaşmaya gətirən səbəblər sırasında qeyd edilə bilər.

Hesab edirəm ki, bir çox şadlıq sarayının göstərdiyi xidmətlərin keyfiyyətində boşluqlar, çatışmamazlıqlar mövcuddur. Bu sahədə yeni çağırışlarla yanaşı, yeni üsulların, qaydaların işlənməsinə ehtiyac görünür@.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla