AZ

Yığmamızın baş məşqçisi məğlubiyyəti şərh etdi: "Böyük təcrübədir"

Azərbaycanın qadınlardan ibarət futbol yığmasının (U-16) baş məşqçisi Nərgiz Qurbanova UEFA-nın inkişaf turnirinin açılış matçında Minskdə Belarus yığmasına məğlubiyyəti (1:3) şərh edib.

Sportal.az xəbər verir ki, Belarus Futbol Federasiyasına danışan Qurbanova yığmanın təcrübə topladığını deyib:

"2009-cu il təvəllüdlü qızlarımız ilk dəfə bu səviyyədə turnirdə çıxış edirlər. Bu, bizim üçün böyük təcrübədir və Belarusla görüşməyimiz çox xoşdur. Çünki bu, A kateqoriyalı komandadır, biz isə B kateqoriyasında olan komandayıq. Bu mənada, qızların təcrübəli komandaya qarşı oynamaq və onları görmək imkanı var".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla