AZ

"Azarkeşlərin tribunalara cəlb edilməsi həmişə “Sabah”ın prioritetlərindən biri olub"

“Sabah” “Səbail”lə oyun ərəfəsində azarkeşləri stadiona “çəkmək” üçün maraqlı aksiya elan etmişdi.

Belə ki, oyunu izləyənlər üçün uduşa 1 ədəd“Iphone 15”, 1 ədəd 500 manatlıq hədiyyə kartı, 2 ədəd planşet, 2 ədəd 200 manatlıq hədiyyə kartı və 1 ədəd 300 manatlıq hədiyyə kartı qoyulmuşdu. Matç başa çatandan sonra da mükafatlar qaliblərə təqdim olundu. Klubun belə təşəbbüs göstərməsinə rəğmən, oyunu cəmi 1700 azarkeş izlədi. Bu isə 9000 yerlik stadion üçün zəif göstəricidi. Futbolsevərlərin laqeydliyinin səbəbini öyrənmək üçün klubun “Sabah”ın media və marketinq qurumunun rəhbəri Elnur Həmidovla danışdıq:

“Əvvəlcə onu qeyd edim ki, azarkeşlərin stadiona gəlməsi, tribunalara cəlb edilməsi həmişə “Sabah”ın prioritetlərindən biri olub. Bu istiqamətdə işləri müntəzəm davam etdiririk. Oyunlardan öncə fanzonanın təşkil edilməsi, Masazırda və ətraf qəsəbələrdə təbliğat işlərinin aparılması və başqa addımların atılması məhz buna hesablanıb. Son oyunumuzda sponsorlarımızın dəstəyi ilə azarkeşlər üçün müsabiqə təşkil edildi. Bütün bunlar insanlarda çempionat oyunlarına marağın yaradılmasına, stadiona gəlmələrinə hesablanıb. Deyim ki, son illərdə görülən işlərin nəticəsi statistikada özünü göstərir. “Sabah” gənc klub olmasına baxmayaraq, ev oyunlarına gələn tamaşaçı sayına görə premyer-liqada ilk sıralarda yer alır. Belə təşəbbüslərdə dərhal nəticə tələb etmək də düzgün deyil. Necə ki illərlə görülən iş nəticəsində çempionatda ev oyunlarına gələn tamaşaçı sayına görə ilk sıralarda yer almışıq, həmçinin stadiona indikindən daha çox azarkeşin cəlb edilməsi üçün də müəyyən zamana ehtiyac var. Hazırda oyunlarımıza gələn azarkeş sayı çempionatda olan orta azarkeş sayından geri qalmır ki, üstələyir. Daha yaxşı nəticəyə nail olmaq üçün isə dediyim kimi, müəyyən zamana ehtiyac var”.


KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla