AZ

Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk — Prezident

Avropa İttifaqı üzv dövləti və Şərq Tərəfdaşlığı proqramının təşəbbüskarı kimi Polşanın bütün Cənubi Qafqazı əhatələyən regional əməkdaşlığı təşviq edən Avropa İttifaqının siyasətinin formalaşmasına xidmət göstərən mövqeyini yüksək qiymətləndiririk.

Demokrat.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Polşa Prezidenti Andjey Dudaya bu ölkənin Konstitusiya Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Andjey Dudaya və onun simasında bütün Polşa xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını çatdıran dövlət başçısının məktubunda qeyd edilib: “Azərbaycan ilə Polşa arasında dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. İqtisadiyyat, nəqliyyat, mədəniyyət və digər sahələrdə dinamik inkişaf edən əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
26
Mənbələr
Şərh ()
Bağla