AZ

“Mançester Yunayted”dən Ten Haq qərarı

“Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haqın taleyinə aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, niderlandlı mütəxəssis İngiltərə klubunu çalışdırmağa davam edəcək.

Premyer Liqa təmsilçisinin rəhbərliyi 53 yaşlı çalışdırıcını növbəti mövsümdə də postunda saxlamağa qərar verib. “Mançester Yunayted”in yeni sahibləri istefa və yeni baş məşqçi axtarışlarının əlavə vəsait tələb etdiyi qənaətinə gəliblər.

Qeyd edək ki, Ten Haq 2022-ci ilin yayından “qırmızı şeytanlar”ın rəhbəridir.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla