AZ

Zamana sığmayan liderin həmişəyaşar irsi

Dövlət mükafatına təqdim olunub

Sadiq Qurbanovun “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” əsəri dünyanın siyasi palitrasında önəmli yer tutan böyük dövlət xadimi Heydər Əliyevin fəaliyyətinin tədqiqinə həsr olunmuşdur. Soyuq müharibə dönəmində Azərbaycan KP MK-nın birinci katibi, sonra SSRİ-nin alim məqam sahiblərindən biri, daha sonra isə, müstəqil Azərbaycan Respublikasının Prezidenti olan Heydər Əliyevin fəaliyyəti beynəlxalq aləmdə geniş maraq doğurmuşdur. Xüsusilə onun Azərbaycan SSR-in rəhbəri seçildikdən sonra SSRİ-də neqativ halların mövcud olmasına dair müsahibə və çıxışlarında dedikləri xarici media vasitələrinin manşetinə çevrilmişdir. 

Qapalı çevrədə fəaliyyət göstərən SSRİ rəhbərliyi üçün bu çıxış şok effekti yaratmışdı. Yüksək ranqlı belə bir siyasi xadimin fəaliyyətini araşdırmaq, şübhə­siz ki, dünya siyasi mərkəzləri, həmçinin siyasi tarixşünaslıq üçün böyük önəm da­şıyır. Təbi ki, müəllif Heydər Əliyevin si­yasi fəaliyyətini tədqiq edərkən ona həm dünyada gedən siyasi proseslər və Azər­baycanda baş verən hadisələr fonunda qiymət vermişdir. 

Xüsusilə dövlətçilik ideologiyası­nın yaradılmasında çoxmillətli ölkə olan Azərbaycan Respublikasında yaşayan müxtəlif xalqları vahid ideologiya ətrafın­da birləşdirilməsi kimi tarixi zərurətdən doğan ideoloji axtarışların uğurlu həllinə nail olunmasını müəllif böyük siyasi xa­dim Heydər Əliyevin tarixi uğuru kimi qiy­mətləndirməkdə haqlıdır. 

Zəngin təbii sərvətlərə malik olan Azərbaycan Respublikasının dünya­da daimi diqqət mərkəzində olması heç kimə sirr deyil.Cənubi Qafqazın aparı­cı respublikası olan Azərbaycanda baş verən hadisələr, şübhəsiz ki, bütövlükdə regionun gələcək taleyini müəyyənləşdir­məyə bilməzdi. Belə həssas dönəmdə yüksək peşəkarlıqla Rusiya və Qərb ami­lini xarici siyasətdə balanslaşdırmaq bö­yük məharət tələb edirdi. Tədiqatçı Sadiq Qurbanov öz əsərində Heydər Əliyevin belə mürəkkəb şəraitdə doğru xarici si­yasət kursu müəyyən etməsini regionda sülhün və sabitliyin yaradılmasına ən bö­yük töhfə olduğunu faktların dili ilə təqdim edir. 

Heydər Əliyevin andiçmə mərasimin­dəki çıxışından iqtibas gətirən müəllif onun bu fikirlərini oxucuya çatdırır: “Bizim xarici siyasətimiz sülhsevər siyasətdir, biz heç bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə toxunmaq məqsədi güdmü­rük, lakin, eyni zamanda nəyin bahasına olursa-olsun respublikanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü xarici siyasət vasitəsilə təmin etməyə çalışa­cağıq. Guman edirəm ki, bundan sonra görülən işlər Azərbaycanın daha geniş tanınmasına şərait yaradacaq və res­publikamız dünya dövlətləri birliyində öz layiqli yerini tapacaqdır” .

Ulu öndər Heydər Əliyevin dilindən səsləndirilən bu fikirlər sonralar xarici si­yasət kursunun əsas aparıcı prioritetinə çevrildi. 

Tədqiqatçı alim S.Qurbanovun əsə­ri bu cür mənbələrlə zəngindir. O, haqlı olaraq Heydər Əliyevin fəaliyyətini si­yasi ideoloji baxımdan SSRİ dövrü və müstəqlillik dövrü olmaqla 2 mərhələyə ayırır. 

Müəllif Heydər Əliyevin birinci haki­miyyəti dövründəki fəaliyyətini qiymət­ləndirərkən dövrün siyasi gerçəklik­lərini nəzərə alır. S.Qurbanov Heydər Əliyevin portret cizgilərini xarakterizə edərkən 3-cü şəxslərin fikirlərinə üstün­lük verərək obyektivliyi qorumağa çalı­şır. Dünyanın aparıcı siyasi xadimlərinin Heydər Əliyev haqqındakı fikirlərini oxu­culara çatdıran tədqiqatçı özünü sub­yektivlikdən uzaq tutaraq onun gerçək obrazını yarada bilir. 

Xüsusilə beynəlxalq hüquqa müna­sibətdə Heydər Əliyevin dilində Azər­baycan Respublikası başqa dövlətlərlə münasibətlərini beynəlxalq hüququn ha­mılıqla qəbul olunmuş prinsiplərinə uy­ğun olaraq qurmasını vurğulamaqla onun yeni dövrün siyasi düşüncəsini mənimsə­miş çevik siyasətçi obrazını təqdim edir. 

S.Qurbanovun “Zamana sığmayan li­der: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” əsəri Cənubi Qafqazda gedən siyasi prosesləri obyektiv dəyərləndirmək və dünya siyasətində özünə məxsus yer tutmuş ümummilli liderin zəngin irsinin öyrənilməsində gözəl mənbədir. Əsər Dövlət Mükafatını almağa tam layiqdir.

Müəllifə yeni yaradıcılıq uğurları ar­zulayırıq.

Yulduz RƏHİMOV,
York Universitetinin professoru,
Məsud ƏFƏNDİYEV, Münxen/TUM Helmholtz Mərkəzinin professoru,
Əməkdar elm xadimi, Humboldt mükafatı laureatı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
3
Mənbələr
Şərh ()
Bağla