AZ

ÜST və TƏBİB-in vaksinasiya aksiyaları

Avropa İttifaqının maliyyələşdirdiyi “Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birlikdə Azərbaycanda Avropa İmmunlaşdırma Həftəsi və Genişləndirilmiş İmmunizasiya Proqramının 50 illiyinin qeyd olunması münasibətilə silsilə tədbirlər keçirməyə başlayıb. Bu barədə ÜST-nın Azərbaycan nümayəndəliyindən XQ-yə bildiriblər.

Qeyd edilir ki, 1974-cü ildə ÜST-nin təşəbbüsü ilə yaradılmış Genişləndirilmiş İmmunizasiya Proqramı ilk gündən etibarən peyvənd kampaniyaları vasitəsilə ic­maların həyati təhlükəsi olan xəstəliklərdən qorunmasın­da mühüm rol oynamışdır. Bu proqram hər il 5 milyona qədər insanın həyatını xilas etməklə 20-ci və 21-ci əsrlə­rin ən böyük ictimai səhiyyə uğurlarından birinə çevrilmiş­dir. Son beş onillikdə bu proq­ram sayəsində çiçək xəstəli­yinin aradan qaldırılması və ÜST-nin Avropa Regionunda 2003-cü ildə poliomielitin era­dikasiya olunması da daxil ol­maqla mühüm nəticələr əldə olunmuşdur. Bundan əlavə, qızılca, məxmərək və digər yoluxucu xəstəliklərin yayıl­masında əhəmiyyətli dərəcə­də azalma olmuşdur.

Bu nailiyyətləri qeyd et­mək və peyvəndin əhəmiyyəti haqqında məlumatlılığı artır­maq üçün Avropa İmmunlaş­dırma Həftəsi çərçivəsində Azərbaycanda silsilə tədbirlər təşkil olunub. Həftə ərzində “Hər evdə TƏBİB” kampani­yası çərçivəsində yaradılmış səyyar həkim briqadaları Ağ­daş rayonuna səfər ediblər. Onlar kəndləri ziyarət edərək immunizasiya və digər ilkin səhiyyə xidmətləri göstəriblər. Bakıdan dəvət olunmuş pedi­atrlar peyvəndlə bağlı tərəd­düdü olan valideynlərlə ma­arifləndirici görüşlər keçirərək onları övladlarını peyvənd etməyə təşviq ediblər. 

Nümayəndəlikdən, həm­çinin bildiriblər ki, kampani­yadan əvvəl səyyar briqada heyətinin və icma liderlərinin bilik və bacarıqlarla təchiz olunmasını təmin etmək üçün təlimlər keçirilib. 

Kampaniya boyunca əha­liyə uşaqların immunizasiya­sı və valideynlərin peyvənd tərəddüdü ilə bağlı suallarını cavablandırmaq məqsədilə hazırlanmış müxtəlif növ ma­arifləndirici materiallar təqdim olunub.

Xatırladaq ki, ölkəmizdə rutin immunlaşdırma proq­ramlarının gücləndirilməsi məqsədilə ÜST-nin Azər­baycan üzrə ofisi 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə üçillik Vaksinasiyaya Dəstək layihəsini həyata keçirməyə başlayıb. Layihə Aİ və ÜST-nın Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

Z.BƏŞİRQIZI
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
4
Mənbələr
Şərh ()
Bağla