AZ

“Xalqın üsyan çağırışları Nikol hakimiyyətinin sonuna işarədir”- Millət vəkili

“Sərhədin delimitasiya və demakrasiyası gələcəkdə sərhədlərin təxribat olmaması üçün çox vacibdir. Lakin İrəvandakı revanşistlər hesab edirlər ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya və demakrasiyası Ermənistan üçün ədalətli və xeyirli olmayacaq. Buna görə də Paşinyan komandasını sıxışdırırlar”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan ölkədəki müqavimət hərəkatına istinad edərək Azərbaycanla danışıqlarda ərazi bütövlüyünün tanınması məsələsini gündəlikdən çıxarmağa çalışırdı:

“Baş nazir gündəliyi əsasən, o qədər də əhəmiyyətli olmayan məsələlərə yönəltsə də buna uzun müddət nail ola bilmədi. Paşinyan 8 kənd məsələsinin sülh müqaviləsində yer almasını istəmirdi və qeyd edirdi ki, həmin məsələ sərhədlərin demakrasiyasında baxılmalıdır. Çünki sözügedən məqamın sülh müqaviləsinə daxil edilməsi, erməni cəmiyyətinin buna görə Paşinyan hakimiyyətinə böyük problemlər yaratmasına səbəb olacaqdı. Hətta dövlət çevrilişi də ola bilər. Problem isə ondadır ki, delimitasiya və demakrasiya prosesində də qarşı tərəf konkret və real nəticəyə gələndə daxildəki Paşinyanın siyasi rəqibləri aktivləşir. Daha maraqlı məqam ondan ibarətdir ki, sərhədlərin hansı ilin xəritələri ilə, hansı bölgüyə əsasən delimitasiya və demakrasiya edilməsi də erməni cəmiyyətində ciddi fikir ayrılığına səbəb olur. Ermənistan eks-prezidentləri blokundan olan deputatların kütləvi aksiyalara dair anonsu və xalqın üsyan hüquqi çağırışları da Nikol hakimiyyətinin sonuna işarədir”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla