AZ

"Legion Financial" şirkətinə əlavə 1,3 milyon maya qoyulur

Lizinq şirkəti "Legion Financial" ASC-nin nizamnamə kapitalı 1,3 milyon manat artırılır.

Marja.az buraxılışın Emissiya Prospektinə istinadən xəbər verir ki, səhmlərin hər birinin nominal dəyəri 100 manat, sayı 13 000 ədəddir.

Yerləşdirmədən sonra cəlb olunacaq vəsaitlərin xalis məbləği 1 milyon 296 min 630 manat təşkil edəcək.

Səhmlərin yerləşdirməsi uğurla yekunlaşarsa "Legion Financial" ASC-nin nominal nizamnamə kapitalı 2 milyon 245 min manatdan 3 milyon 545 min manata yüksələcək. 

Hazırda "Legion Financial" ASC-nin səhmndarları iri İsmayılov Turan Mübariz oğlu (59.62 %), Süleymanlı Rahim Rəhman oğlu (23.93%) və Soltanov Rövşən Rafiq oğludur (10.68%).

"Legion Financial" ASC 2023-cü ili 616 min manat xalis mənfəət ilə başa vurub ki, bu da 2022-ci illə müqayisədə 2,2 dəfə çoxdur. Lizinq şirkəti 2022-ci ili 283 min manat xalis mənfəət ilə bağlamışdı. 

"LEGION FINANCIAL" avtomobil lizinqi şirkətidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla