AZ

Basketbolda yunanların günü

Basketbol üzrə Avroliqa turnirində pley-off mərhələsinin iki oyunu keçirilib. Hər iki qarşılaşma yunan komandaları üçün uğurlu alınıb. Seriyada geridə olan Yunanıstan təmsilçiləri ümumi hesabı bərabərləşdiriblər.

“Olimpiakos” evdə “Barselona”nı darmadağın edib – 92:58. İlk dəqiqələrdə önə keçmələrinə baxmayaraq, katalonlar ciddi müqavimət göstərə bilməyiblər. Görüşün qəhrəmanı Makkisik olub. 21 xal toplayan basketbolçu bir neçə topalması ilə də diqqəti çəkib.

Digər Yunanıstan komandasının işi daha çətin olub. Güclü “Makkabi” qarşısında geridə olan “Panatinaikos” təcrübəsi sayəsində tarazlıq yaradıb. Oyun ərzində bir neçə dəfə üstünlük bir komandadan digərinə keçib. Son dəqiqələrdə isə Ergin Atamanın komandası daha yaxşı oynayıb. 95:88 hesabı ilə başa çatan görüşdə Kebdrik Nann 27 xalla ən məhsuldar basketbolçu olub.

Beləliklə, “Dördlər Finalı”na vəsiqənin sahibləri gələn həftə müəyyənləşəcək. Həlledici oyunlar “Barselona” və “Panatinaikos”un meydançalarında keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla