AZ

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Vüqar

Bakı, 3 may, AZƏRTAC

Ərazilərin minalarla çirklənməsi insan həyatına son qoymaqla bərabər, təbiətə də ciddi ziyan vurur. Keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtmaları üçün ərazilərin minalardan təmizlənməsi işləri prioritet məsələdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda keçirilən tədbirdə deyib.

Azərbaycanın dünyada minadan ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu xatırladan V.Süleymanov ANAMA-nın fəaliyyəti nəticəsində indiyədək 114 min hektar sahənin minalardan təmizləndiyini diqqətə çatdırıb. Bildirib ki, indiyədək 119 mindən çox partlayıcı maddə tapılıb və bunlardan 31 mini piyada əleyhinədir.

ANAMA-nın rəhbəri Avropa İttifaqının təşəbbüsü ilə qadınlardan ibarət minatəmizləmə qrupunun yaradılmasının yaxşı təşəbbüslərdən biri olduğunu vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
4
Mənbələr
Şərh ()
Bağla