AZ

“Rusiya Xarkova hücum hazırlayır” – Ukrayna kəşfiyyatı

Rusiya Xarkov və Sumı vilayətlərinə hücuma hazırlaşır.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski “The Economist”ə müsahibəsində deyib. O, qeyd edib ki, rusların uğuru Ukraynanın Donbassdakı müdafiəsinin nə qədər güclü olacağından asılıdır.

Skibitskinin dediyinə görə, Rusiyanın əsas hücumu mayın sonu və ya iyunun əvvəlində başlayacaq: “Rusiya Ukraynada ümumilikdə 514 min nəfərlik quru qoşunu yerləşdirib. Xarkovla sərhəddə yerləşən Rusiyanın şimal qüvvələrinin sayı hazırda 35.000 əsgərdir, lakin ehtimal ki, 50.000-70.000-ə qədər artırılacaq. Rusiya həmçinin, 15.000-20.000 nəfərlik “ehtiyat diviziyası” yaradır və onu da əsas qüvvələrə əlavə edə bilər”.

Lakin Skibitskinin fikrincə, hətta bu halda belə rusların böyük bir şəhəri tutmaq üçün kifayət qədər gücü olmayacaq. “The Economist” qeyd edir ki, Qərb hərbi mütəxəssisləri və rəsmiləri də eyni fikirdədir. Bununla belə, daha kiçik miqyaslı əməliyyatlar mümkündür: "Giriş və çıxış üçün sürətli əməliyyat ola bilər. Lakin Xarkov və ya hətta Sumının alınması başqa bir səviyyədə əməliyyatdır. Bunu həm Rusiya, həm də biz bilirik”.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
50
Mənbələr
Şərh ()
Bağla