AZ

Fələstinə dəstək: ABŞ universitetlərində 2 mindən çox tələbə saxlanılıb

Aprelin 18-də ABŞ-nin Nyu-York şəhərində başlayan Fələstinə dəstək nümayişləri davam edir. 

Bakıvaxtı.az "Associated Press"ə istinadən bildirir ki, "Corc Vaşinqton" Universitetindəki nümayişləri dəstəkləyənlərin sayı günü-gündən artır.

Bir çox universitetdə polis nümayişçilərə müdaxilə etsə də, bu vəziyyət "Corc Vaşinqton" Universitetində hələ də müşahidə olunmur. Nümayişçilər gecələri kampusda qurduqları çadırlarda keçirirlər.

Ümumilikdə ABŞ-də universitet şəhərciyində keçirilən dəstək nümayişləri nəticəsində  təxminən 2200 nəfərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, İsrailin 210 gündür hücumlarını həyata keçirdiyi Qəzza zolağında ölənlərin sayı 34 mini keçib. Beynəlxalq qurumlar Amerika daxilində 140 universitetə ​​yayılan Qəzza etirazlarında 2 mindən çox adamın saxlanıldığını açıqlasa da, Bayden Ağ Evdəki çıxışında “Asayiş bərpa olunmalıdır” deyib

Gülşən Şərif
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla