AZ

Dünyada bir ilk! Bu ölkə süni intellektlə yaradılan mətbuat katibini təqdim etdi

Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna süni intellektlə yaradılan hökumət sözçüsündən istifadə etməyə başlayıb.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dünyada bir ilk olan Viktoriya Şi adlı sözçüsü Xarici İşlər Nazirliyinin yayımladığı video ilə dünyaya tanıdılıb. Viktoriyanın adı ukraynaca "qələbə" sözündən, soyadı isə süni intellektin abbreviaturasından gəlir. Mətbuat katibi Şi ilk videosunda özü haqqında danışıb. O, xaricdə Ukrayna vətəndaşlarının hüquq və mənafelərini qorumaq üçün yaradıldığını bildirib. Rolunu və funksiyalarını izah edib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, nazirliyə süni intellekt sözçüsü əlavə etmək qərarının təqlid deyil, müharibə prosesi zamanı bir zərurət və ehtiyac olduğunu söyləyib. Saxta elanların qarşısını almaq üçün QR kodlar sizi izahat mətnlərinin surətinə yönəltmək üçün istifadə olunacaq. Viktoriyanın obrazı və səsi ukraynalı müğənni və ekran ulduzu Rozali Nombreyə aiddir. Nombre layihədə onun bənzərindən pulsuz istifadə etməyə razılıq verib. Layihə qrupu Şi-nin üzünü və səsini rəqəmsallaşdırarkən Nombre-nin çoxlu fotoşəkilləri və səs yazıları çəkib. Ukrayna süni intellektdən minaların yerləşdirilməsi, hərbi cinayətlərin aşkarlanması və köçkün vətəndaşların köçürülməsi kimi digər hərbi sahələrdə də istifadə edir. Ukrayna prezidenti Vladimir Zelenski 2022-ci ildə süni intellekt şirkəti Palantirin sahibi ilə görüşüb. O vaxtdan bəri ölkədə müharibə ilə bağlı süni intellekt məlumatlarının təhlili proqramından istifadə edilir. Əfsanə Rəcəb Manşet.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla