AZ

"Medianın üzərinə çox böyük iş düşür" - HİCRAN HÜSEYNOVA

"Media Haqqında Azərbaycan Respublikasının qanunları təsdiq edilmişdir". SİA xəbər verir ki, bu sözləri Erkən nikahla bağlı maarifləndirmə işlərinin vacibliyinə diqqət çəkən Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, aparılan təhlillər onu göstərir ki, cəmiyyətin idarə olunmasında medianın rolu müşahidə olunur: "Kütləvi informasiya vasitələri ətraf aləmi həm ictimai, həm də şəxsi həyatda baş verən hadisələrə təsir göstərə bilər. Müxtəlif yaş qruplarından olan insanlar vaxtlarının çoxunu mediada keçirdikləri üçün medianın üzərinə böyük iş düşür. Lakin müəyyən məlumatın işıqlandırılması zamanı hansısa media nümayəndəsi məlumatı rentinq xətrinə yanlış yazır. Uşaqların üzü göstərilir, ev ünvanları, təhsil aldıqları ünvanlar göstərilir. Bu, çox ciddi məsələdir. Düşünmürlər ki, bu uşaqlar neçə həyatlarına necə davam edəcəklər. Bu yaxınlarda cinayət hadisəsi zamanı bir jurnalist uşaqlardan müsahibə götürür. Uşaqlar da hər şeyi təfsilatı ilə danışırlar. Çox təəssüflər olsun, bəzən rentinqə görə bu xəbərlər paylaşılır. Biz bu məsələni televiziya kanallarının rəhbərlərinə də məsləhət bilmişik ki, nümunəvi ailələr işıqlandırılsın. Düzdür, ailə problemləri göstərilməlidir. Lakin balans qorunmalıdır. Nümunəvi kadrlarla cəmiyyətə nümunə göstərilməlidir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla