AZ

Kəlbəcər şəhəri mövcud məskunlaşma ərazisini və Boyaqlı kəndini əhatə edəcək

Bakı. Trend:

Kəlbəcər şəhəri mövcud məskunlaşma ərazisini və yaxınlığındakıBoyaqlı kəndini əhatə edəcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Trend-ə verilənməlumata görə, şəhərin şimal-şərq istiqamətindəki əsas girişindənbaşlayaraq cənub-qərb istiqamətində uzanan baş küçəsi planlaşdırmastrukturunun əsasını təşkil edir.

Küçənin başlanğıc nöqtəsində şəhərin sənaye və istehsalatzonası, orta hissəsində şəhər mərkəzi, bitiş nöqtəsində isə turizmvə sosial xidmət obyektləri nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1may 2024-cü il tarixli, 235 nömrəli Qərarına əsasən, “Kəlbəcərşəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiqedilib.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
Mənbələr
Şərh ()
Bağla