AZ

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Hindistan

Bakı, 3 may, AZƏRTAC

Hindistan apreldə Rusiyadan neft idxalını öncəki ayla müqayisədə təxminən 20 faiz artırıb.

AZƏRTAC xəbər verir ki, “The Indian Express” qəzeti bu barədə “Kpler” analitika agentliyinə istinadla məlumat yayıb.

Məlumata görə, Hindistanın neft emalı zavodları aprel ayında Rusiyadan gündəlik 1,96 milyon barel neft tədarük ediblər ki, bu da 2023-cü ilin iyulundan bəri ən yüksək göstəricidir. Ümumilikdə isə Hindistanın ümumi xam neft idxalının 40,3 faizi Rusiyanın payına düşüb.

Rusiyanın Dehlidəki səfiri Denis Alipov 2023-cü ildə Rusiya neftinin və neft məhsullarının Hindistana ixracının iki dəfə artaraq müvafiq olaraq 45 milyard və 4,5 milyard dollara çatdığını bildirib.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
1
Mənbələr
Şərh ()
Bağla