AZ

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Sumqayıt, 3 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt teatrı Fuad Cavadzadənin rejissorluğu ilə Əməkdar incəsənət xadimi Əli Əmirlinin "Xeyir xəbər" pyesi əsasında yeni tamaşa hazırlayır.

Teatrdan AZƏRTAC-a bildirilib ki, mədəniyyət ocağının direktoru Samir Şəfiyev və baş rejissor, Xalq artisti Firudin Məhərrəmov gənc rejissor və yaradıcı heyətlə görüşüb. Görüşdə Vətən müharibəsi ilə bağlı əsərlərin aktuallığı vurğulanıb, məşq prosesinə aid məsələlər müzakirə olunub.

Fuad Cavadzadə vətənpərvər ruhda səhnə əsərini ərsəyə gətirməyin qürurverici və məsuliyyətli olduğunu söyləyib. Bu tamaşa rejissorun Sumqayıt teatrında ilk işidir.

Tamaşanın premyerası iyun ayına planlaşdırılır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla