AZ

İKZF: Zəmanət mexanizmi banklar arasında rəqabət mühitini gücləndirib

Ötən dövr ərzində zəmanət mexanizmi çərçivəsində müvəkkil banklar arasında rəqabət mühitinin gücləndirilməsi təmin edilib.

APA-Economics” xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kredit zəmanət departamentinin direktoru Elşən Kərimov deyib.

O qeyd edib ki, kreditlər üzrə maksimal faiz dərəcəsinin illik 20% müəyyən olunmasına baxmayaraq, banklar tərəfindən daha aşağı faiz dərəcələri ilə kreditlərinin verilməsi baş verib. Nəticədə, 2023-cü ildə zəmanətli kreditlər üzrə orta illik faiz dərəcəsi 14,2%, subsidiya hesabına borcalanlar tərəfindən ödənilən faiz dərəcəsi 6,2 % təşkil edib.

O həmçinin əlavə edib ki, dövr ərzində zəmanətlərin verilməsi şərtləri əhəmiyyətli dərəcədə yumşaldılıb. Hazırda kiçik və orta sahibkarların kredit resurslarına çıxışının genişləndirilməsi üçün kreditin məbləğindən (250 min manatadək – yalnız müvəkkil bankın qiymətləndirməsi, 500 min manatadək isə - minimal sənədlər tələb olunur) asılı olaraq sadələşdirilmiş sənədləşmə və anderraytinq proseduru tətbiq edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
2
Mənbələr
Şərh ()
Bağla