AZ

Pakistan Azərbaycanın təcrübəsini İslamabadda tətbiq etmək istəyir

Pakistan Azərbaycanla çoxşaxəli, o cümlədən ticarət, investisiya və enerji sahələrində əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Pakistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Şahbaz Şərif Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovla görüşündə deyib.

Baş nazir iki ölkə arasında ikitərəfli əməkdaşlığı genişləndirmək üçün Bakıya yüksək səviyyəli nümayəndə heyəti göndərmək niyyətində olduğunu bildirib. Tərəflər Pakistan-Azərbaycan Birgə Komissiyasının iclasını, bu yaxınlarda Bakı ilə Kəraçi arasında aviareyslərin açılmasını və digər məsələləri müzakirə ediblər.

Şahbaz Şərif Bakının abadlaşdırılması sahəsində Azərbaycanın təcrübəsini İslamabadın inkişafında tətbiq etməkdə maraqlı olduqlarını bildirib və şəhərlər arasında qardaşlaşma sazişi çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının araşdırılmasını təklif edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla