AZ

Ukrayna bu dəfə belə təəccübləndirdi: Robot mətbuat katibi təyin edildi

Rusiya ilə davam edən dağıdıcı müharibəyə baxmayaraq, Ukrayna texnologiya sahəsində dünyada bir ilkə imza atıb. Ukrayna Xarici İşlər Nazirliyi süni intellektlə dəstəklənən “Viktoriya Şi” adlı avatarın nazirliyin sözçüsü vəzifəsini icra edəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, virtual sözçünün üz modeli kimi anası ukraynalı, atası afrikalı olan və işğal altındakı Donetsk şəhərində anadan olan Rozali Nombre seçilib.

Proseslə bağlı açıqlama verən Ukrayna Xarici İşlər Nazirliyi qeyd edib ki, Viktoriya xarici siyasətlə bağlı bəyanatları özü verməyəcək, nazirlik əməkdaşlarının hazırladığı mətnləri səsləndirəcək. Ukrayna Xarici İşlər Nazirliyinin Viktoriya vasitəsilə edəcəyi açıqlamalar saxtakarlığın qarşısını almaq üçün onları nazirliyin saytına yönləndirən QR kodu ilə internetdə yayımlanacaq.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, onlar bu metodu diplomatların müharibə zamanı vətəndaşlara daha çox kömək, vaxta və pula qənaət etmələri üçün inkişaf etdiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
Mənbələr
Şərh ()
Bağla