AZ

İrəvana qayıdan Köçəryan fəallaşdı - Sərhədlə bağlı təxribatçı göstəriş

Ermənistanın keçmiş prezidenti, hərbi cinayətkar Robert Köçəryan deputatları həm parlament, həm də sərhədlərin delimitasiyası ilə bağlı küçə etirazlarında fəal olmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazır.

Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” fraksiyasının deputatları parlamentin dördgünlük iclasından əvvəl qapalı toplantı keçiriblər. Toplantıda fraksiyaya rəhbərlik edən Robert Köçəryan da iştirak edib.

Deputatlar sabiq prezidentlə ölkədəki durumu, xüsusən Tavuşda delimitasiya və demarkasiya prosesini müzakirə ediblər.

Robert Köçəryan “Ermənistan” fraksiyasının deputatlarına həm parlament, həm də küçə etirazlarında fəal olmağa çağırıb.

Məlumatı nəşrə fraksiyanın rəhbəri Seyran Ohanyan da təsdiqləyib. O qeyd edib ki, sabiq prezidentlə görüşlər müntəzəm xarakter daşıyır və sonuncu görüş aprelin sonunda baş tutub.

Köçəryan dekabrdan Almaniyada idi. Ötən ay delimitasiya prosesinin başlamasından sonra Ermənistana qayıdıb. Sərhədyanl Tavuş vilayətində delimitasiya əleyhinə keçirilən təxribatçı aksiyaların təşkilatçılarından biri kilsə ilə yanaşı, “Ermənistan” fraksiyasıdır. Təsadüfi deyil ki, Köçəryanın sərhəd kəndlərindəki etirazlara rəhbərlik edən Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanla görüşü barədə də məlumat var.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
2
Mənbələr
Şərh ()
Bağla