AZ

"Apple" şirkətinin gəlirləri və mənfəəti azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple” şirkətinin gəlir və mənfəəti azalıb.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Apple” 2024-cü maliyyə ilinin ikinci rübü hesab etdiyi 30 martda başa çatan 3 aylıq dövr üzrə balans hesabatını açıqlayıb.

Hesabata görə, şirkətin gəliri sözügedən dövrdə illik 4 faiz azalaraq 90,8 milyard dollara düşüb. Şirkət ötən ilin eyni dövründə 94,8 milyard dollar gəlir əldə etmişdi.

Bazarların proqnozu texnologiya nəhənginin II rüb üzrə gəlirinin 90,01 milyard dollar olacağı istiqamətində idi.

“Apple”ın xalis mənfəəti də sözügedən dövrdə 2 faiz azalaraq 23,6 milyard dollar hesablanıb. Şirkətin xalis mənfəəti 2023-cü ilin eyni dövründə 24,2 milyard dollar idi.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla