AZ

“Müharibənin tezliklə bitmə ehtimalı yoxdur” – ABŞ kəşfiyyatının başçısı

Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsinin sonu görünmür.

Turkustan.az xəbər verir ki, ABŞ Milli Kəşfiyyatının direktoru Evril Heyns ötən gün Ukraynadakı müharibənin bitmə tarixi barədə pessimist proqnozla çıxış edib.

“Reuters” agentliyinin bildirdiyinə görə, Heyns deyib ki, Rusiya Ukraynadakı müharibədə aqressiv taktikasını davam etdirəcək və bu münaqişənin tezliklə bitməsi ehtimalı yoxdur. Kəşfiyyat rəhbəri Senatın Silahlı Qüvvələr Komitəsində bildirib ki, Rusiya Kiyevin öz silah və qoşunlarını cəbhəyə daşımasının qarşısını almaq, eləcə də hərbi istehsalını ləngitmək üçün Ukraynanın infrastrukturuna hücumları gücləndirib./azpolitika.info/

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
50
Mənbələr
Şərh ()
Bağla