AZ

Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır - Komitə sədri

Bakı. Trend:

Ailə sirlərinin, çətin həyat şəraitində yaşayan uşaqlarınhekayələrinin, şəxsi məlumatların yayımlanması qanunvericiliyin vəetik prinsiplərin tələblərinin pozulmasına, bu da öz növbəsindəyanlış düşüncələrin, davranış pozuntularının yaranmasına, şəxsihəyata qanunsuz müdaxilənin, hüquq pozuntularının norma kimitəbliğinə yol açır.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan RespublikasınınAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri BaharMuradova mayın 3-də keçirilən “İctimai proseslər mediamüstəvisində” mövzusunda forumda çıxışı zamanı səsləndirib.

O bildirib ki, cinayət törədən və ya cinayətə məruz qalmışuşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşmalazımdır:

"Media məhsulları elə bir məhsuldur ki, o sosial şüura,düşüncəyə, mədəniyyətə təsir göstərir".

Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinintəşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində”mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşımübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçininməişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediadadüzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektivmübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylikili”ndə media gündəmi” mövzularında panel sessiyalar təşkilolunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
4
Mənbələr
Şərh ()
Bağla