AZ

Nazirdən azad olunmuş ərazilərdə məşğulluqla bağlı AÇIQLAMA

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərimizdə məşğulluq tədbirləri həyatakeçirilir.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsinaziri Sahil Babayev Medianın İnkişafı Agentliyinin təşkilatçılığıilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusundaForumda deyib.

Nazir bildirib ki, Azərbaycanın qarşısında duran yaxın dönəmüçün ən önəmli məsələ işğğaldan azad edilmiş ərazilərin ölkəiqtisadiyyatına sürətli inteqrasiyası, həmin ərazilərə köçəninsanlarımızın dayanıqlı məşğulluğumuzun təmin olunmasıdır.

“Bunun üçün məşğulluq proqramları həyata keçirilir, keçmişməcburi köçkünlərimizin bilik və bacarıqları artırılır”, - deyə oəlavə edib.

Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinintəşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində”mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşımübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçininməişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediadadüzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektivmübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylikili”ndə media gündəmi” mövzularında panel sessiyalar təşkilolunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
1
Mənbələr
Şərh ()
Bağla