- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Sumqayıt, 3 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Rəsm Qalereyasında Vətən müharibəsi şəhidlərinin “Sənə xidmətdən qürür duyuruq, Vətən!” layihəsi çərçivəsində şəhid övladlarının asudə vaxtının səmərəli keçirilməsi məqsədilə ustad dərsi və “Nə, Harada, Nə zaman?” intellektual bilik yarışması keçirilib.
Qalereyadan AZƏRTAC-a bildirilib ki, "Sizi xatırladır..." adlı tədbir müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə şəhid övladlarının boyadığı hissələr kompozisiya şəklində birləşdirilib və “Xarı bülbül rəsmləri” adlı əsər yaranıb.
Sonra “Nə, Harada, Nə zaman?” intellektual bilik yarışmasına start verilib. Şəhid övladlarından ibarət 6 komanda 3 turdan ibarət birinciliyin qalibi olmaq uğrunda mübarizə aparıblar. Yekunda “Xumarlı” komandası I yerə layiq görülüb.
Qaliblərə kubok, təşəkkürnamə və hədiyyələr təqdim edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.