AZ

“3-4 ildir ki, bizə imkan vermirsiniz, əgər imkan versəydiniz...“- Məşhur Məmmədov

Xəbər verdiyimiz kimi mayın 1-də Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış edib. Ölkə Başçısı regional və Beynəlxalq əhəmiyyətli çağırışlar edib. Ermənistan-Azərbaycan danışıqlar prosesindən bəhs edib.

Bununla bağlı danışan Millət vəkil Məşhur Məmmədov News365.az-a açıqlamasında bildirib ki, cənab prezident açıq şəkildə dedi ki, bu prosesdə iştirak etməyən bütün dövlətlər bu regionda öz maraqlarını diqtə etmək üçün hansısa qurumların siyasətlərini aparmaq istəyirlər:

“Onu bu dövlətlərə təsir vasitəsi kimi istifadə edirlər. Cənab prezident burda bir daha demək istədi ki, 3-4 ildir ki, “bizə imkan vermirsiniz, əgər imkan versəydiniz, artıq sülh danışıqları olardı”. Bununla da prezident demək istədi ki, “siz kənardan müşahidə edin. Biz qonşu dövlətlər kimi birgə yaşayışın təmin edilməsi və qonşu kimi yaşamaq üçün öz problemlərimizi özümüz həll etməliyik"

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla