AZ

Qocalar evinə bıçaqlı hücum: 2 ölü, 1 yaralı

Qocalar evinə bıçaqlı hücum: 2 ölü, 1 yaralı

Türkiyənin Antalya şəhərində yerləşən qocalar evində bir şəxs 3 nəfərə bıçaqla hücum edib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, cinayətkar düşmənçilik etdiyi iddia edilən 3 nəfərə bıçaqla hücum edib. Hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Cinayətkar hadisədən sonra yanğın nərdivanından qaçmaq istəyib. Qocalar evi səlahiyyətlilərinin xəbəri üzərinə polis qruplar hadisə yerinə gəlib.

Səhiyyə rəsmiləri iki qocanın həyatını itirdiyini müəyyən edib. Ağır yaralanan bir şəxs isə təcili yardımla xəstəxanaya aparılıb.

Hadisədən sonra qaçan təcavüzkar tutularaq saxlanılıb. Polis hadisə ilə bağlı araşdırma başladıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla