AZ

"Uşaqların hüquqları ilə bağlı həllini gözləyən məsələlər var" - Hicran Hüseynova

"Müasir sivilizasiyanı mediasız təsəvvür etmək olmaz".

"Operativ Media" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "İctimai proseslər media müstəvisində" mövzusunda keçirilən forumda çıxışı zamanı deyib.

O bildirib ki, “informasiya cəmiyyəti” termininin müasir sivilizasiyanın izahı üçün istifadə olunması təsadüfi deyil: “Hazırda media sosial təcrübənin əsas ötürücüsüdür. Ona görə də sosiallaşma məsələsində medianın rolu çox mühümdür”.

Komitə sədri əlavə edib ki, uşaqların hüquqları ilə bağlı qanunlar müntəzəm olaraq təkmilləşir. Amma hələ də həllini gözləyən məsələlər var.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
2
Mənbələr
Şərh ()
Bağla