Onun sözlərinə görə, Forumda Prezident İlham Əliyev Cənubi Qafqaz regionundakı son geosiyasi proseslər fonunda Azərbaycanın hədəfləri barədə ətraflı məlumatları və dünyaya önəmli mesajları ilə yadda qaldı: "Prezidentin sözlərinə görə, XXI əsrdə Avropanın bəzi ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşmasına imkan verilməməlidir. Ölkəmizin başçısı açıq şəkildə bildirdi ki, dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, məcburi assimilyasiyaya aparır və buna son qoyulmalıdır. Bundan başqa, dövlət başçısı diqqətə çatdırdı ki, Azərbaycan çoxtərəfliliyə qəti şəkildə sadiqdir. Biz çoxtərəflilik dəyərlərini 2019-cu ildən bu ilin əvvəlinə qədər Qoşulmama Hərəkatında təşviq etmişik. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə onun təsisatlanması istiqamətində mühüm addımlar atdığını vurğulayan Prezident İlham Əliyev ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradıldığını xatırladaraq Qoşulmama Hərəkatının təsisatlanmasının gələcəkdə də davam edəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev Ermənistan ilə sülh sazişi ilə bağlı danışıqlara da toxundu. Dövlət başçısı Azərbaycanın çox fəal çalışdığını, Ermənistana sülh sazişi ilə bağlı danışıqları başlamaq təşəbbüsü irəli sürdüyünü, hətta baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını vurğuladı. Ötən ilin sentyabrında Azərbaycanın suverenliyini tam bərpa etdiyini söyləyən Prezident İlham Əliyev bundan sonra ölkəmizin siyasi hücumlara məruz qaldığını bildirdi. Dövlət başçısı Forum iştirakçılarının diqqətinə çatdıtdı ki, hazırda Azərbaycan və Ermənisan müsbət tendensiyadadır, sülhə doğru gedirlər.. Prezident forumun mahiyyətindən irəli gələn məsələlərə geniş və əsaslı təhlillə toxunaraq öz sistemli nitqində açıq şəkildə bəyan etdi ki, biz imkan vermərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Bu mövqenin Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan tərəfindən ifadə olunduğunu bildirən dövlətimizin başçısı hansısa ölkəyə qarşı yox, ədalətə, beynəlxalq hüquqa zidd məsələlərə qarşı olduğumuzu bildirdi. Beləliklə, növbəti üç gün Azərbaycan dünya mediasının diqqət mərkəzində olacaq. Belə mötəbər tədbirə evsahibliyi etməklə Azərbaycan dinlərarası əlaqələrin qədim ənənələrinə malik olduğunu dünyaya nümayiş etdirir, eyni zamanda, bəşəriyyətin ayırıcı yox, birləşdirici meyillərə üstünlük verilməsinin önəmini vurğulayır. Bu gün dünyanın sülhü qorumaq, harada sülh yoxdursa, onu qurmaq və mədəni müxtəlifliyi müdafiə etmək üçün konstruktiv dialoqa ehtiyacı var. Ölkəmiz də məhz bu bəşəri vəzifələrin müzakirə olunduğu və müvafiq qərarlar qəbul edildiyi mühüm məkana çevrilib. Sirr deyil ki, Prezident İlham Əliyevin dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş siyasəti bu önəmli vəzifələrin yerinə yetirilməsinə istiqamətlənib".
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirib ki, Bakıda keçirilən "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toplaşanlar Azərbaycanda dərin çağırışlarla və fürsətlərlə səciyyələnən qlobal duruma şahidirlər: "Forumda qlobal əməkdaşlıq formalarının, rəhbərlik üsullarının müzakirə edilməsi bunu deməyə əsas verir. Bu formula bağlı təşəbbüs Prezident İlham Əliyev tərəfindən verilib və 2008-ci ildə keçirilməyə başlanıb. Dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirmək mümkündür. Əcnəbi qonaqların hər biri bu forumda müxtəlif həyat təcrübələrindən çıxış edərək müxtəlif mədəniyyətləri təmsil edirlər. Azərbaycan dövlətinin onları bir araya gətirməsi möhtəşəm bir haldır. Əminik ki, forum yeni siyasət, sənədlər və razılaşmalar formalaşdırmaqla təxirəsalınmaz məsələlərdə dünya hökumətlərinə təsir göstərmək qüvvəsinə malik olacaq. Bununla Azərbaycan zəngin mədəniyyəti, etnik və dini müxtəlifliyi, tolerantlığın tarixi ilə öz mədəniyyətini dünya üçün ümid məşəli kimi ürəkdən təklif edir. Cənab Prezidentin dediyi kimi, bu forum çox mühüm beynəlxalq platformadır və orada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur. Dövlətimzin başçısının forumda əhatəli çıxışı beynəlxaq aləmə növbəti çağırış idi: "...bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər". Bütün bunlar Azərbaycanın təşəbbüsü ilə olub. Cənab Prezidentin düşünlümüş siyasəti nəticəsində Ermənistan sülh təşəbbüslərini qəbul etmək məcburiyyətində qalıb".
YAP rəsmisi bildirib ki, artıq beynəlxalq aləm Azərbaycanı regionda sülh ölkəsi kimi tanıyır: "Bunu dövlətimiz tərəfindən atılan addımlar da açıq-aydın göstərir. Elə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu istiqamətə keçirilən tədbirlərin tərkib hissəsinə daxildir. Azərbaycan sülh, qarşılıqlı hörmət və anlaşma dünyasının yaradılmasını istəyir. Bu kimi beynəlxalq tədbirlərlə ölkəmiz ümumi səylər və çağırışlarla dünyaya müsbət yöndə töhfəsini verir".
Alim Hüseynli