AZ

"Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir" - Sahil Babayev

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaş müraciətlərinə medianın vasitəsilə daha çevik baxa bilir".


Sfera.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forumda çıxışı zamanı söyləyib.


S.Babayevin sözlərinə görə, əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, sosial dəstək proqramları, bu sahələrdə innovativ yeniliklər və digərləri ilə bağlı ictimaiyyətin mütəmadi məlumatlandırılmasında media mühüm rol oynayır.


Nazir medianın cəmiyyətin və dövlətin inkişafında rolunun böyük olduğunu, Azərbaycanda medianın müasir tələblərə uyğun inkişafı sahəsində ölkə başçısı tərəfindən bütün zəruri addımların atıldığını vurğulayıb: ““Media haqqında” qanunda media-cəmiyyət, media-dövlət əlaqələrini ilə bağlı müddəalar əks olunub. Bu qanun həm də jurnalistlərin hüquqlarının qorunmasında böyük əhəmiyyət kəsb edir. MEDİA müxtəlif istiqamətdə Azərbaycanda media vasitələrinin obyektiv və səmərəli inkişafına dəstək olur".


S.Babayev onu da qeyd edib ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin əsasında vətəndaşların rifahı dayanır. Nazir vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasının əsas məqsəd olduğunu vurğulayıb. 


S.Babayev bildirib ki, Azərbaycanda son beş il ərzində böyük sosial islahat həyata keçirilib: “Bu müddətdə minimum əməkhaqqı 2,7 dəfə artırılıb, eyni zamanda, əmək müqaviləsinin leqallaşdırılması istiqamətində tədbirlər həyata keçirilib. Məhz bu səbəbdən rəsmi əmək müqaviləsinin sayı 40 faiz artıb. Özəl sektorlarda bu göstərici hətta 90 faiz təşkil edib”.

 

Firuzə

Foto:Anar Bayramlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla