AZ

“Google”“Apple”a 20 milyard dollar ödəyib

Müəllif:Ayşən İmanova/Banco.az

“Google” “iPhone”, “iPad” və “Mac”da defolt axtarış sistemi olmaq üçün “Apple”a 20 milyard dollar ödəyib.

Banco.az xəbər verir ki, “Google”un ana şirkəti “Alphabet” 2022-ci ildə “Apple”a “Google”u “Safari”də defolt axtarış sistemi etmək üçün 20 milyard dollar ödədiyi məlum olub.

Bildirilir ki, nə “Google”, nə də “Apple” bu barədə heç vaxt rəsmi şəkildə açıqlama verməyib. Bu haqda məlumat Ədliyyə Departamentinin “Google”a qarşı antiinhisar iddiası çərçivəsində açıqlanan məhkəmə sənədlərindən əldə edilib. ABŞ Ədliyyə Nazirliyi “Google”u internet axtarışında monopoliyada ittiham edib. 

“Apple” ilə müqavilə “Google” üçün ən vacib müqavilələrdən biri sayılır və o 2002-ci ildən qüvvədədir. O zaman Apple bunu tamamilə təmənnasız edirdi, lakin sonradan hər iki şirkət gəlirləri bölüşməyə qərar verdi. 

2021-ci ilin may ayından etibarən şirkətin axtarış sistemini standart axtarış sistemi olaraq saxlamaq üçün ayda 1 milyard dollar ödədiyi qeyd edilir. Daha sonra “Google”un onlayn reklamdan əldə etdiyi gəlirin 36%-ni “Apple”a ödədiyi məlum olub. Sonuncu dəfə 2022-ci ildə əməliyyat məbləği 20 milyard dollar təşkil edib. 
Bu məbləğ “Google” və “Apple” arasındakı münasibətlərdə rekord məbləğ hesab edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla