AZ

AİB tərəfindən maliyyələşdirilən bütün layihələr dayanıqlı inkişafı nəzərə alacaq - Ceff Teylor

Tbilisi. Trend:

Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşdirilən bütünlayihələr dayanıqlı inkişafı nəzərə alacaq.

Trend xəbərverir ki, bu barədə AİB-in baş direktor müavini, satınalmalar,portfel və maliyyə idarəetməsi departamentinin satınalmalar üzrəbaş mütəxəssisi Ceff Teylor Tbilisidə AİB-in illik toplantılarıçərçivəsində keçirilən "Dayanıqlı satınalmalar - AİB-in iqlimdəyişmələrinin nəticələrinin yüngülləşdirilməsi və onlaraadaptasiya üzrə hədəflərinin əldə olunmasına töhfə" mövzusundapanel müzakirəsində çıxışında deyib.

"Biz maliyyə institutuyuq, vəsait təmin edirik və bu, iqlimdəyişikliyini nəticələrini yumşaltmaq üçün kredit, qrant, təminatvə digər maliyyələşdirmə mexanizmləri vasitəsilə baş verəbilər.

Biz bu vəsaitdən dayanıqlı inkişaf və dayanıqlı satınalmastrategiyalarının icrası üçün istifadə edəcəyik ki, bu da qismənsatınalma sahəsində etdiyimiz hər şeyin əsasını təşkil edəcək", - odeyib.

Teylor bankın müsbət töhfə verməyə çalışdığı ikinci üsuluntexniki təcrübə olduğunu qeyd edib.

"Hazırda dayanıqlı satınalma məsələləri üzrə çox dolğundanışıqlar gedir və həqiqətən, AİB-in bu istiqamətdə liderliketməsindən çox şadam. Dayanıqlı satınalmalarda iştirak etmək vətöhfə vermək üçün potensialımızı artırırıq", - o deyib.

Teylor köhnə satınalmaların əhəmiyyətli dərəcədə prosesəyönəldiyini və tender təklifləri axını ilə məhdudlaşdığını qeydedib.

"Köhnə satınalmalardan fərqli olaraq, dayanıqlı satınalmalartəkcə tranzaksiya prosesinin deyil, həm də layihənin dizaynınınnəzərdən keçirilməsini, bütöv yanaşma trələb edir. Dayanıqlısatınalmanın faydaları, əslində, çox barizdir. Buraya cəmiyyətlərüçün iqtisadi rəqabət üstünlüyü daxildir. Bu, iqtisadi və sosialinkişaf, dövri iqtisadi faydaların əldə olunması, idarəetməninyaxşılaşdırılması, eləcə də, təchizat zəncirinin və ölkənindayanıqlığının artırılmasına yönəlib", - deyə o son olaraqbildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla