AZ

ABŞ-da universitetə "demokratik" polis basqını: səs qumbaraları, bibər qazı...

İki həftədir ABŞ-ın bir çox ştatlarına yayılan Fələstin tərəfdarı olan universitet etirazçılarına qarşı sərt və şiddətli polis müdaxilələri davam edir. Dünən də Kaliforniya əyalət polisi Los Ancelesdəki Kaliforniya Universitetinə (UCLA) daxil olaraq tələbələri saxlayıb.

Publika.az xəbər verir ki, polisin səs-küylü qumbara, gözyaşardıcı qaz və bibər qazı ilə universitetə basqın etməsi və yüzlərlə tələbənin olduğu düşərgəni dağıtması görüntüləri ortaya çıxıb.

Çərşənbə günü ABŞ Konqresinin 5 üzvü Corc Vaşinqton Universitetinə gələrək kampusdakı düşərgəni gəziblər. ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin sədri, respublikaçı Ceyms Komerin başçılıq etdiyi nümayəndə heyəti Vaşinqton polis idarəsini düşərgəni təmizləməyə çağırıb.

“Hürriyyət” qəzetinin suallarını cavablandıran Komer, bir həftədir dinc keçən etiraz bölgəsinə "niyə gəldiniz" sualına “sizcə nə vaxt gəlməliydik?” cavabını verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla