AZ

“4 kəndin qaytarılması etiraz üçün bəhanə oldu“ - Elşən Mustafayev

"Ermənistanda baş verən etirazlar gözlənilən idi. Çünki bizim 4 kəndin qaytarılması ilə bağlı qərarın verilməsindən istifadə edən Ermənistan müxalifətinin əlinə fürsət düşdü. Hesab edirəm ki, həm Ermənistan müxalifətinin, həm Ermənistanda olan revanşist qüvvələr və onları idarə edən xarici güclərin sonuncu vasitəsidir". 

Politoloq Elşən Mustafayev bunu News365.az-a açıqlamasında deyib.

"Kəndlərin qaytarılmasını Paşinyana irad bildirərək ona qarşı kampaniyanın quruldu. Düşünürəm ki, delimitasiya və demarkasiya zamanı bu dərəcədə etirazlar olmayacaq.  Hətta bizim 4 anklav kəndlərimizin qaytarılması belə ağrılı olmayacaq. Bu 4 kənd sırf Azərbaycanın kəndləri olduğu üçün bizə problemsiz qaytarılması haqqında qərar verilib. Amma bundan istifadə edərə guya torpaqların bizə verilməsini bəhanə edərək Paşinyanın üzərinə gedirlər"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla