AZ

"Qadın hüquqları məsələsində xəbərin tez çatdıraraq işinin bitdiyini zənn edənlər o qadınların həyatlarını təhlükəyə atırlar"

"Media məhsulları sosial şüura təsir göstərir".

"Operativ Media" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “İctimai proseslər media müstəvisində” mövzusunda Forumda çıxışı zamanı deyib.

O bildirib ki, ictimai rəyin formalaşmasında informasiyanın çatdırılması önəmlidir: "Ailə, qadın və uşaq məsələləri çox prinsipial istiqamətdir. Bu sahə ilə bağlı məlumatlar xüsusi yanaşma tələb edir. Bəzən yüngül hadisələr ağır formada təqdim edilir. Bu da cəmiyyətə yaxşı təsir göstərmir".

Komitə sədrinin sözlərinə görə, qadın hüquqları məsələsində xəbərin tez çatdırılması ilə işinin bitdiyini zənn edən insanlar o qadınların həyatlarını təhlükəyə atırlar: "Ona görə də həssas xəbərlərlə əlaqədar mütləq müvafiq qurumlarla əlaqələr yaradılmalıdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla