AZ

Türkiyədə inflyasiya 70 faizə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə ötən ay inflyasiya 70 faizə çatıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) aprel ayı üzrə istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb.

Məlumatlar göstərir ki, aprel ayında Türkiyədə istehlak qiymətləri əvvəlki illə müqayisədə 69,80 faiz artım göstərib. Aylıq artım isə 3,18 faiz təşkil edib.

İqtisadçılar bu dövrdə  illik artımın 70 faiz olmasını gözləyirdilər. Aylıq artım proqnozu isə 3,2 faiz olaraq təyin olunmuşdu.

Digər tərəfdən, iqtisadçıların aprel ayında 2024-cü ilin sonuna olan inflyasiya proqnozları 43,65 faiz hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla