AZ

Biz necə uşaq tərbiyə edirik? - Sosioloq rəyi

“Uşaqlar valideynlərindən çox zəmanəyə bənzəyir” deyirlər. Uşaq hansı mühitdə böyüyürsə, o mühitin xarakteri onun tərbiyəsinə birbaşa təsir göstərir. Maraqlıdır, bəs görəsən biz necə uşaq tərbiyə edirik? Onun bir şəxsiyyət kimi formalaşmasında valideynlərin, yoxsa cəmiyyətin rolu  böyükdür?

“Qafqazinfo”nun suallarına cavab verən sosioloq Rüfət İsmayılzadənin çox maraqlı cavabları var:

“Hər bir valideyn övladının sağlam, savadlı və uğurlu olmasını istəyir. Bu yöndə də imkanı daxilində ona dəstək olmağa çalışır. Uşağın uğur bünövrəsi onun körpə yaşlarından qoyulur. Bu məsələdə ən çox məsuliyyət ananın üzərinə düşür. Çünki ana uşaqla daha çox vaxt keçirir, ata işdə olur. Çox vaxt da analar övladını təkbaşına böyütdüyündən onun məsuliyyəti ikiqat artır. Mən ötən müsahibəmdə də bu məsələyə toxunmuşdum: uşaqların tərbiyəsində atanın rolu mütləqdir. Üzümü bütün valideynlərə tutub deyirəm: əgər cəmiyyətə yararlı vətəndaş yetişdirmək istəyirsinizsə, övladınızın fiziki sağlamlığı sizin birinci diqqət yetirməli olduğunuz məqamdır. Təəssüf ki, bununla bağlı çoxlu problemlər var. Bu problemlərin bir qismi maddi vəziyyətdən, digər qismi isə gənclərin davranışından, öz sağlamlıqlarına olan münasibətdən qaynaqlanır.

Bu sahədə nə valideynlər övladlarını lazımi şəkildə maarifləndirə, öyrədə bilir, nə də təhsil sistemi buna önəm verir. Halbuki, hələ məktəb yaşlarından uşaqlar hansı qidaların onlara zərər verəcəyini, nəyi yeyib-yeməmək lazım olduğunu öyrənməlidirlər. Amma bu barədə təsəvvürləri belə yoxdur. Üstəlik, gənclərin mənəvi zənginliyi, onların əməyə münasibəti də qənaətbəxş deyil. Biz yeni nəsildə əməyə yaradıcı münasibəti formalaşdırmalıyıq. Gənclər bilməlidirlər ki, xoşbəxt olmaq üçün kiminsə kölgəsinə sığınmaq yox, öz ayaqlarının üzərində durmaq, peşəyə yiyələnmək, zəhmət çəkmək lazımdır.  Əmək sərf etmədən heç bir işdə uğur qazanmaq mümkün deyil. Gənclik bunu anlamalıdır. Yalnız bu halda sağlam, intellektli yeni nəsildən danışmaq olar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
50
Mənbələr
Şərh ()
Bağla