AZ

Türkiyədə illik inflyasiya 70%-ə yüksəlib

Türkiyədə illik inflyasiya aprel ayında 69.8%-ə yüksəlib.

"APA-Economics" bu barədə Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir. Mart ayında bu rəqəm 68.5% təşkil edib.

Məlumata görə, aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 3.18%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 18.72% artıb.

Ötən ilin eyni ayına nisbətən ən az artım 51.20% ilə geyim və ayaqqabı qiymətlərində, ən çox artım qeydə alınan əsas qrup isə 103.86% ilə təhsil sektoru olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
4
Mənbələr
Şərh ()
Bağla