AZ

Sanksiya qoyulan Azərbaycan şirkətinin təmsilçisi danışdı - VİDEO

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi başlayandan bəri ilk dəfə olaraq Azərbaycan şirkətinə sanksiya tətbiq edilib.

Musavat.com AzadlıqRadiosuna istinadən xəbər verir ki, söhbət  "Lahıc Energy" MMC-dən gedir. Mayın 1-də ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda sanksiyaların məqsədinin Rusiyanın Ukraynada qanunsuz müharibə aparmaq üçün onun hərbi imkanlarını məhdudlaşdırmaq olduğu bildirilib.

ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilimiş məlumata görə, sanksiya tətbiq edilən şirkətin rəhbəri Yevgeni Əliyev Rusiya hərbi sənayesi ilə bağlı şirkətlərin koordinasiya şəbəkəsinin təchizat agneti adlandırılır.

Məlumata görə, Azərbaycanda mənzillənmiş "Lahıc Energy" MMC 2023-cu ildə ABŞ-ın sanksiya qoyduğu Rusiya şirkətləri üçün işlər görüb.

MMC Azərbaycanda 2019-cu ildə qeydiyyatdan keçib, şirkətin saytında əsasən günəş panelləri istehsal etdikləri qeyd olunur. Şirkətin qanuni təmsilçisi Yevgeni Əliyevin oğlu Cahangir Əliyevdir. 

Hər iki şəxsin adı sanksiyada qeyd olunub. 

Qeyd edək ki, sanksiyalar Rusiya ilə yanaşı Çin, Azərbaycan, Türkiyə, Belçika və BƏƏ-dəki şirkətlərə də tətbiq edilib. ABŞ Maliyyə Nazirliyinin saytında Azərbaycandan sanksiya tətbiq olunan şirkətin "Lahıc Energy" MMC olduğu açıqlanıb. Şirkətin 2023-cü ildə ABŞ sanksiyaları altında olan Rusiyaya texnologiya istehsalçıları adından biznes aparmağa cəhd etdiyi bildirilib.

Ümumilikdə sanksiya siyahısı 29 fiziki və 250-dən çox hüquqi şəxsi əhatə edib. Türkiyədən siyahıda 17 şirkət yer alıb.

Adıçəkilən şəxlərdən biri AzadlıqRadiosuna deyib ki, Rusiya hərbi sənayesinə yardımlardan söhbət belə gedə bilməz.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla