AZ

Makron və Kissida hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər

Parisdə keçirilən görüşdə Fransa prezidenti Emmanuel Makron və Yaponiyanın baş naziri Fumio Kişida iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıq haqqında sazişin hazırlanması barədə razılığa gəliblər. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Yelisey Sarayı məlumat yayıb.

“Onlar Fransa silahlı qüvvələri ilə Yaponiya özünümüdafiə qüvvələri arasında qarşılıqlı fəaliyyətin inkişafı üzrə sazişin bağlanması üzrə rəsmi danışıqlara başlamaqla Fransa və Yaponiya arasında strateji və müdafiə sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər”, – deyə məlumatda bildirilir.

Makron və Kisida həmçinin iki ölkə arasında nüvə enerjisi, kosmos və innovasiya sahələrində iqtisadi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

İki lider Hind-Sakit okean regionunda əməkdaşlığı gücləndirmək barədə də razılığa gəliblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla