AZ

Türkiyədən ev alan azərbaycanlılar:  Ən vacib səbəb...

Türkiyə rəsmi statistika qurumu 2015-ci ildən başlayaraq ölkədə mənzil alan xaricilərin ölkə mənsubiyyəti ilə bağlı hesabat yayıb. Hesabata əsasən, təxminən 9 il ərzində Azərbaycan vətəndaşlarının Türkiyədən aldığı mənzillərin sayı 10 minə yaxındır. Alışların ən yüksək olduğu dövr isə 2018-2022-ci illəri əhatə edib.

Maraqlıdır ki, vətəndaşlarımızın Türkiyədən ev almağa meylli olmasının səbəbi nədir?

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru, əmlak eksperti Elnur Azadov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, 2012-ci ildə Türkiyə qanunlarına edilmiş dəyişikliyə əsasən, əcnəbilərə ölkə ərazisində daşınmaz əmlak almağa icazə verilib.

Onun sözlərinə görə, bu qərardan sonra Türkiyədən ev almaq istəyən azərbaycanlıların sayında kifayət qədər artım müşahidə olunub:

"Bu artımın başlıca səbəbi dil baryerinin olmamasıdır. Digər səbəb isə investisiya yatırımı ilə bağlıdır. Xüsusən də Azərbaycanda imkanı yaxşı olan insanlar invesitiya baxımından Türkiyədən daşınmaz əmlak almağa üstünlük verirlər. Çünki Türkiyədə investisiya yatırımı ilə bağlı proses çox yaxşı təşkil olunub. Belə ki, daşınmaz əmlakı satan təşkilatlar həmin əmlakın idarə olunması ilə də məşğuldurlar. Bu isə Türkiyədən ev almağa marağı artırır”.

Elnur Azadov: Türkiyədə investisiya yatırımı ilə bağlı proses çox yaxşı təşkil olunub

Müsahibimiz görə, üçüncü vacib səbəb isə tədris ilə bağlıdır. Onun sözlərinə görə, bu gün övladı qonşu Türkiyədə təhsil alan vətəndaşlarımızın sayı kifayət qədər çoxdur. İmkanı yaxşı olan ailələr övladların orada kirayədə qalmaması üçün daşınmaz əmlak almağa üstünlük verirlər.

Ekspert qeyd edib ki, sırf yay aylarında istirahət etmək üçün Türkiyədən ev alan soydaşlarımızın da sayı az deyil. Ümumilikdə hər il Türkiyədən ev alan azərbaycanlıların sayı artır.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla