AZ

Bu tarixlərdə İçərişəhərə giriş məhdudlaşdırılacaq

Bakı. Trend:

3-5 may tarixlərində İçərişəhərə giriş məhdudlaşdırılacaq

Bu barədə Trend-ə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuİdarəsindən məlumat verilib.

Qeyd eduilib, 4-5 may 2024-cü il tarixlərində İçərişəhərdəkeçiriləcək Milli Xalça Festivali ilə əlaqədar İçərişəhərin QoşaQala girişi və ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqətiolaraq məhdudlaşdırılacaq.

"Məhdudlaşdırma 3-5 may 2024-cü il tarixlərində Qoşa Qalagirişi, Kiçik Qala küçəsi 52-128, Qüllə küçəsi 15-22, Böyük Qalaküçəsi 41-51, Asəf Zeynallı küçəsi 21-65 ünvanlarında həyatakeçiriləcək.

Müvəqqəti narahatlığa görə üzr istəyərək, Sizi ilk Milli XalçaFestivalına dəvət edirik!

Məlumat üçün bildiririk ki, Azərbaycanın ilk Milli XalçaFestivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, AzərbaycanRespublikasının İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyalarınTəşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə həyatakeçirilir.

İki gün davam edəcək festivalda İçərişəhər ərazisində xalçaçılıqsənətinə həsr edilən bir sıra tədbirlərin keçirilməsi nəzərdətutulur. Bura qədim, müasir, eləcədə müəllif xalçalarından ibarəteksklüziv sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlıböyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndiriciseminarlar, interaktiv teatr tamaşası, yarmarka, muğam axşamı vəkonsert proqramı daxildir. Milli Xalça Festivalı günlərindəİçərişəhərin küçələri xalçalar və xalça ornamentli xüsusidekorasiyalar ilə bəzədilərək xalçaların rəngarəng və sehirligözəlliyinə bürünəcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
49
Mənbələr
Şərh ()
Bağla