AZ

Gəncədə əməliyyat keçirildi: 364 min manatlıq mənimsəmə üzə çıxdı

Bakı. Trend:

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsinvəzifəli şəxsləri Hüseynov Vidadi Qaçay oğlu, Abdullayev MəhəbbətƏliş oğlu və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyatakeçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuroryanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində CinayətMəcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, əməliyyat-istintaq tədbirləri ilə Vidadi Hüseynovun vəzifəsəlahiyyətlərindən sui-istifadə edib Məhəbbət Abdullayev vədigərləri ilə qabaqcadan əlbir olaraq faktiki işə gəlməyərək heçbir əmək funksiyasını yerinə yetirməyən çoxsaylı işçinin əmək haqqıkartlarını özündə saxlaması və həmin kart hesablarına 2021-2024-cüillərdə köçürülmüş ümumilikdə 364 min manatdan artıq pul vəsaitinimənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digərünvanlarda aparılan axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənədvə başqa sübutlar aşkar edilərək götürülüb.

İlkin sübutlar əsasında Məhəbbət Abdullayev və Vidadi Hüseynovtəqsirləndirilən şəxs qismində cəlb edilərək onlara CinayətMəcəlləsinin 179.3.2 (mənimsəmə- külli miqdarda ziyan vurmaqlatörədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağırnəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələriilə ittiham elan edilib, müstəntiqin vəsatəti və ibtidaiaraşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroruntəqdimatı əsasında məhkəmənin qərarı ilə Məhəbbət Abdullayev vəVidadi Hüseynovun barəsində ev dustaqlağı növündə qətimkan tədbiriseçilib.

Məhəbbət Abdullayevin barəsində seçilmiş ev dustaqlığının həbsləəvəz edilməsi üçün qərardan apellyasiya protesti verilib.

Hazırda iş üzrə bütün qanunazidd halların tam və hərtərəfliaraşdırılmaqla vurulmuş ziyanın dəqiqləşdirilməsi və digər təqsirlişəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruriistintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
22
Mənbələr
Şərh ()
Bağla