AZ

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri Hüseynov Vidadi Qaçay oğlu, Abdullayev Məhəbbət Əliş oğlu və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinfən məlumat verilib.

Əməliyyat-istintaq tədbirləri ilə Vidadi Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə edib Məhəbbət Abdullayev və digərləri ilə qabaqcadan əlbir olaraq faktiki işə gəlməyərək heç bir əmək funksiyasını yerinə yetirməyən çoxsaylı işçinin əmək haqqı kartlarını özündə saxlaması və həmin kart hesablarına 2021-2024-cü illərdə köçürülmüş ümumilikdə 364 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılan axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
49
aznews.az

10Mənbələr