AZ

Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI

Bakı. Trend:

Mayın 2-də Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasınıniclası keçirilib.

Trend xəbər verir ki, iclasda sertifikatlaşdırma prosesinintəşkili ilə bağlı müzakirələr aparılıb və test imtahanımərhələsinin keçirilmə tarixlərinə dair qərar verilib.

Qərara əsasən, 2024-cü il üçün təşkil olunacaqsertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilisdili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransızdili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamandaibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirakedəcəklər.

İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırmaprosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində,ötən il uğur qazana bilməyən müəllimlərin təkrarsertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək.

Bildiririk ki, təkrar sertifikatlaşdırmaya cəlb ediləcəkmüəllimlər test imtahanlarının keçiriləcəyi saat, tarix və məkanlabağlı məlumatlarla portal.edu.az platformasında şəxsi kabinetlərivasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, keçənilki sertifikatlaşdırma prosesinə 29 951müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5 246təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10faiz artım tətbiq edilib.

Cari ildə isə 30 000-dən çox təhsilverən sertifikatlaşdırmaprosesinə cəlb ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
49
Mənbələr
Şərh ()
Bağla